Accessibility links

Rusiyada siyasi fəal psxiatrik hospitala salınıb


Rusiya müxalifət fəalının tərəfdarları deyirlər ki, o, hökuməti tənqid etdiyinə görə məcburən psxiatrik hospitala salınıb. Larisa Arapın qohumları və həmkarları deyirlər ki, o, İyulun 5-də saxlanılıb və hazırda Murmansk regionunun ucqar nöqtəsində təcrid olunub. Arap bu yaxınlarda yazdığı məqalədə psixatriya instititularında uşaqların istismara məruz qaldığını söyləmişdi. Müdafiəçiləri deyirlər ki, Arap sürücülük vəsiqəsi almaq məqsədilə sağlamlıq haqda arayış götürmək üçün Severomorskda yerləşən tibbi klinikaya getdikdən sonra saxlanılıb. Regional hökumət sözçüsü isə Fransız xəbər agentliyinə məlumat verərkən siyasi baxışlarına görə kiminsə regionda xəstəxanaya salınmasını qeyri-mümkün adlandırıb.
XS
SM
MD
LG