Accessibility links

Arnold Şvarseneqqerin 60 yaşı tamam oldu


Kaliforniya ştatının qubernatoru Arnold Şvarseneqqerin 60 yaşı tamam oldu. Avstriyanın “Kronen Zeitung” qəzetinə müsahibəsi zamanı Arnold Şvarseneqqer bir arzusunu dilə gətirərək deyib ki, Amerikanın dünyada öz əvvəlki prestijini bərpa etməsini istəyir. Qubernator deyib ki, özünü 60 yaşındakı kimi hiss etmir, indi də öz yaşı üçün ən yaxşı formadadır. Kulturist və Holivud ulduzu olmuş Arnold Şvarseneqqer Avstriyada anadan olmuş, sonradan Amerika Birləşmiş Ştatlarına köçmüş, 1984-cü ildə Amerika vətəndaşı olmuşdur. Şvarseneqqer aktryor karyerasını 2003-cü ildə Kaliforniyanın qubernatoru seçilənə qədər davam etdirib. Şvarseneqqerin çıxdığı Avstriyanın Thal kəndinin meri isə ad günü münasibətilə ona anadan olduğu evin nömrəsinin orijinalını göndərib.
XS
SM
MD
LG