Accessibility links

ABŞ və Britaniya eyni dəyərlər və yaxın münasibətlərə sadiqdir


Britaniyanın baş naziri Qordon Braun və prezident Buş bu gün danışıqlar zamanı İraq müharibəsi, qlobal ticarət və Sudanın Darfur regionunda münaqişəni müzakirə ediblər. Liderlər iki ölkə arasında möhkəm münasibətlərin mövcud olduğunu bir daha təsdiq edərək, iki ölkəni birləşdirən güclü tellərin eyni tarix və dəyərlər üzərində qurulduğunu bildiriblər.

Qordon Braun dünən Vaşinqtona gəilb və prezident Buşla şam edib. Bu, prezident Buş və keçən ay Britaniyanın baş naziri olan Qordon Braun arasında ilk danışıqlardır. Britaniya rəsmiləri ABŞ prezidentinin yeni baş nazirlə münasibətlərinin iyun ayının 27-i hökumətin başçısı vəzifəsindən gedən Toni Bleyerlə olduğu qədər yaxın olmayacağı haqda şaiyələri azaltmağa çalışırlar. Cənab Braun Britaniyanın ikitərəfli münasibətlərdə ən çox önəm verdiyi Birləşmiş Ştatlarla münasibətləri gücləndirəcəyinə ümid etdiyini bildirib.

Qordon Braunun Birləşmiş Ştatlara səfərindən öncə Britaniyanın
Sandey Tayms qəzeti yazıb ki, baş nazirin xarici siyasət məsələləri üzrə baş müaşviri artıq ABŞ rəsmilərilə Britaniya hərbi qüvvələrinin İraqdan erkən çıxarılması haqda danışıb. Lakin cənab Braunun sözçüsü baş nazirin belə bir planı cənab Buşa təqdim etdiyini rədd edib.
Britaniyanın baş naziri BMT-nin baş katibi Ban Ki Munla danışıqlar aparmaq və BMT-nin Baş Assambleyasında müraciətlə çıxış etmək üçün bu həftənin sonu Nyu Yorka səfər edəcək.

XS
SM
MD
LG