Accessibility links

NATO qüvvələrinə hücumlar davam edir


Əfqan rəsmiləri bildirirlər ki, bu gün Kabil ətrafında xarici hərbi qüvvələrin maşın karvanı yaxınlığında həyata keçirilən intiharçı hücumu azı 3 mülki vətəndaşın və 3 xarici əsgərin yaralanmasına səbəb olub. Rəsmilər intiharçının Birləşmiş Ştatlar hərbi bazasında yerləşən NATO konvoyunu nişan aldığını deyirlər.

Bazar günü Taliban yaraqlılarının Əfqanıstanın cənubunda maşın karvanına qarşı hücumu 13 əsgərin ölümünə və bir neçə nəfərin yaralanmsına səbəb olub. Rəsmilər hərbiçilərin Kabillə Qəndəhar arasındakı yolda hücuma məruz qaldıqlarını bildiriblər.

XS
SM
MD
LG