Accessibility links

ABŞ dövlət katibi İsrail rəsmiləri ilə danışıqlar aparıb


ABŞ dövlət katibi Kondoliza Rays İsrail və Fəlsətin arasında dialoq yaradılması ümidi ilə İsrailə səfər edib. Xanım Rays tərəfləri Yaxın Şərq sülh konfransında əldə edilə biləcək imkanlardan istifadə etməyə çağırıb. Dövlət katibi İsrailin prezidenti, baş naziri və digər rəsmi şəxslərlə görüş keçirib. Sabah isə onun İordan çayının qərb sahilindəki Ramallah şəhərində prezident Mahmud Abbas da daxil edilməklə, Fələstin liderləri ilə görüşü gözlənilir. Xatırladaq ki, ABŞ dövlət katibi Kondoliza Rays İsrailə prezident Buşun ilin sonunda Yaxın Şərq sülh prosesi ilə bağlı beynəlxalq konfrans keçirilməsi təklifinə dəstək əldə etmək üçün səfər etdiyi Səudiyyə Ərəbistanından gedib. Dövlət katibi Yaxın Şərq səfərinə sülh perspektivlərinin təkan verdiyini bildirib.

XS
SM
MD
LG