Accessibility links

Qazprom Belarusa təbii qazın nəqlini azaldacağını bildirib


Rusiyanın dövlətə məxsus Qazprom şirkəti Belarusla maliyyə mübahisəsinə görə bu ölkəyə təbii qazın nəqlini 45 faiz azaldacağını bildiirbr. Qazprom bəyan edib ki, ixtisarlar cümə günündən başlayacaq, lakin bu, Belarusdan Avropaya qazın nəqlinə təsir göstərməyəcək.

Bazar ertəsi günü Rusiya və Belarusun baş nazirləri Mixail Fradkov və Sergey Sidorski Belarusun Qazmproma 500 milyon dollarlıq borcunun ödənilməsi üçün yeni vaxt təyin olunması haqda müraciəti məsələsində razılıq əldə edə bilməmişlər. Belarus iyulun 23-ü borcun ödənilməsi üçün verilmiş möhlətə əməl etməmiş və iqtisadiyyatın sabitləşdirilməsi üçün Rusiyadan 1,5 milyard dollar məbləğində kredit istəmişdir.

XS
SM
MD
LG