Accessibility links

Talibanlara qarşı hərbi əməliyyatlar aparılacağı barədə xəbərdarlıq verilib


Əfqanıstandan alınan xəbərdə bildirilir ki, ordu Qəzni vilayətinin sakinlərinə 21 Cənubi Koreya vətəndaşını girov saxlayan Taliban yaraqlılarına qarşı hərbi əməliyyatlara başlayacaqları barədə xəbərdarlıq olan vərəqələr paylayıb. Vilayətin yüksək səviyyəli rəsmisi Xovja Siddiqi xəbərdarlıqda əməliyyatların bir neçə ərazidə aparılacağı barədə məlumat olduğunu deyib.

Xəbərdarlıqdan bir az sonra Taliban sözçüsü girovların mübadiləsi üçün bu gün yerli vaxtla günota saat 12-dək qoyulan vaxtın başa çatmasına baxmayaraq, girovların hələ də sağ olduqlarını bildirib.

Qeyd edək ki, yaraql;lar artıq iki girovu qətlə yetirmişlər.

XS
SM
MD
LG