Accessibility links

ABŞ-ın maliyyə naziri Çindədir


ABŞ-ın maliyyə naziri Henri Polson Vaşinqtonun valyutasının zəifləməsinə görə Çinin cəzalandırması qararının əleyhinə olduğunu bildirib. Qeyd edək ki, Senatın Maliyyə Komitəsi Vaşinqtona valyuta siyasətinə uyğun olaraq valyuta dəyərlərinin tarazlaşdırılmasından imtina edən ölkələrə qarşı saksiyalar tətbiq etməsinə səlahiyyət verən qanunu təsdiq edib. Çinin dövlət xəbər agentliyi “Tsinxua”ya müsahibəsi zamanı cənab Polson deyib ki, valyuta haqda Çinlə danışıqlar aparılması daha produktiv olardı. ABŞ-ın hazırda Çində olan maliyyə naziri Henri Polson prezident Hu Tsuntao və digər rəsmilərlə görüş keçirib, mövcud gərginliklərin aradan qaldırılmasına çalışır. Nazir ABŞ-la ticarət artığının azaldılması üçün valyutasının möhkəmləndirməsi ilə bağlı Çinə təzyiq göstərir. Tənqidçilər Çinin valyutasının dəyərini aşağı saxlamaqla, ixrac etdiyi mallardan ədalətsiz şəkildə gəlir əldə etdiyini deyir.

XS
SM
MD
LG