Accessibility links

Hərbi əməliyyatlar yaraqlıların qətli və həbsi ilə nəticələnib



" hspace=2 src="/azerbaijani/images/ap_iraq_prisoner_2aug07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>İraq rəsmilərinin verdiyi xəbərdə bildirilir ki, Diyala vilayətinin Hibhib yaşayış məntəqəsində maşına yerləşdirilmiş bomba partlayışı azı 13 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olub.

Birləşmiş Ştatlar hərbi qüvvələrinin məlumatında deyilir ki, dünən və bu gün koalisiya qüvvələrinin Bağdadda və Mosulda Əl-Qaidaya qarşı keçirdikləri əməliyyatlar nəticəsində dörd yaraqlı qətlə yetirilmiş, 20-si isə həbs edilmişdir. Hərbiçilər həbs edilənlər arasında Əl-Qaidənin İraqdakı iki liderinin də olduğunu deyirlər. Hərbi qüvvələrin məlumatında eləcə də bildirilir ki, İraqda daha üç Amerika əsgəri öldürülüb.

XS
SM
MD
LG