Accessibility links

Ayətulla Əli Sistaninin yardımçısı qətlə yetirilib


İraq polisinin bildirdiyinə görə, naməlum silahlı şəxslər Ayətulla Əli Sistaninin yardımçısı Şeyx Fazil Aqili müqəddəs Nəcəf şəhərindəki evinə gedərkən qətlə yetiriblər. Ötən ay Ayətulla Əli Sistani üçün din vergisi tolpayan Şeyx Abdulla Fəlak da naməlum silahlı şəxslər tərəfindən öldürülmüşdü.

Bu arada İraqdakı Amerika hərbi qüvvələrinin bəyanatında qeyd edilib ki, Bağdadda hərbi əməliyyat zamanı 4 Amerika əsgəri həlak olub. Dünən axşam isə Bağdadın şərqində yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində 3 Amerika əsgəri ölüb, 11-i isə yaralanıb.

XS
SM
MD
LG