Accessibility links

Rusiya Aralıq dənizində daimi hərbi baza yaratmağı planlaşdırır


Rusiya Hərbi Donanmasının rəhbəri deyib ki, onun ölkəsi Aralıq dənizində daimi hərbi dəniz bazası yaratmağı planlaşdırır. Admiral Vladimir Masorin deyib ki, Aralıq Dənizi ölkənin Qara Dəniz Donanması üçün xüsusi əhəmiyyət kəsb edir. O, Rusiya donanmasının regionda daimi mövcudiyyətinin bərpa edilməli olduğunu deyib. Masorin bu gün Ukraynanın liman şəhəri Sevastopolda, Rusiyanın Qara Dəniz Bazasında çıxış edib.

Bu ilin əvvəlində Rusiya rəsmiləri Suriya limanı Tartusda hərbi baza yaratmaq planları haqda dolaşan xəbərləri inkar etmişdilər. Rusiya bu limandan təmir işləri üçün istifadə etdiyini deyir.

XS
SM
MD
LG