Accessibility links

İraq, İran və ABŞ rəsmiləri İraqda təhlükəsizlik məsələsini müzakirə edəcəklər


İran prezidenti Mahmud Əihmədinejad deiyb ki, o, Birləşmiş Ştatların Yaxın Şərqdə silah satışından narahat deyil. İran xəbər agentlikləri Əhmədinejada istinad edərək yazırlar ki, Birləşmiş Ştatlar regionda bölücü siyasət aparır. Bu arada Tehranın İraqdakı səfiri bildirib ki, İraq, İran və ABŞ rəsmiləri gələn həftə görüşərək İraqda təhlükəsizliklə bağlı komitənin detallarını müzakirə edəcəyini bildirib.

Həsən Kazemi Qomiyə istinad edən İran Tələbə Xəbər Agentliyinin məlumatına əsasən danışıqlar İradakı təhlükısizlik barədə ekspertlər səviyyəsində keçiriləcək danışıqların çərçıvəsini müəyyən edəcək. ABŞ və İraq rəsmiləri danışıqları təsdiq etməyiblər. İran, ABŞ və İraq nümayəndələri iyulun 24-da Bağdadda keçirilmiş görüşdə təhlükəsizliyin təmin olunması ilə bağlı üçtərəfli komitə yaratmaq haqda razılığa gəlmişdilər.

XS
SM
MD
LG