Accessibility links

Keçmiş FTB agentinin xanımı ərini axtarmaq üçün İrana getmək istəyir


ABŞ vətəndaşı və keçmiş Federal Təhqiqatlar Bürosu agenti Robert Levinsonun xanımı İrana gedərək, ərini axtarmaq niyyətində olduğunu bildirib.

Assoşieyted Press agentliyinə müsahibəsində Kristin Levinson deyib ki, o ərinin hələ də İranda sağ olduğuna inanır. Xanım Levinson deyib ki, Dövlət Departamenti ona bunu etməməyi məsləhət görsə də, o, İrana gedib, ərini axtarmaq niyyətindədir.

İran hökuməti itkin düşən şəxsin harada olduğu barədə məlumatlı olmadığını bildirsə də, Dövlət Departamenti bu bəyanatın az inandırıcı səsləndiyini bildirib.

Robert Levinson Federal Təhqiqatlar Bürosundan 10 il bundan əvvəl təqaüdə çıxıb. Onun FTB-dəki işi İranla bağlı olmayıb. Onu son dəfə İranın Kiş adasında bizneslə bağlı səfəri zamanı görüblər.

XS
SM
MD
LG