Accessibility links

ABŞ Konqresi kəşfiyyat haqda qanunu qəbul etdi


ABŞ Nümayəndələr Palatası məhkəmə orderi olmadan hökumətə xarici terror şübhəlilərinin telefon danışıqlarına qulaq asmaq hüquqlarını genişləndirən qanun layihəsinə səs verib. Dünən axşam 227-183 səs nisbətində təsdiq olunan qanun layihəsi Buş administrasiyasının bu sahədə səlahiyyətlərini 6 ay uzadır. Bundan bir az öncə Senat qanun layihəsini təsdiq etmişdi. Kapitolidə uzun sürən debatlara baxmayaraq bu təsdiq məsələnin müvəqqəti həlli hesab olunur. Belə ki, altı aydan sonra qanuna yenidən səs verilməlidir. Prezident Buş qanunu imzalayan andan o, qüvvəyə minəcək. Ağ Ev deyir ki, bu qanun kəşfiyyat agentliklərinə dövləti qorumaq üçün lazım olan imkanları verir.

XS
SM
MD
LG