Accessibility links

Amerikalı Əl Qaidəçi yenidən təhdid edir


Əl Qaidə terror şəbəkəsinin Amerikadakı üzvü diplomatlara və səfirliklərə qarşı terror aktları barədə təhdid mesajı yayıb.

İnternetlə göndərilən bir saatdan artıq videoyazıda Adam Gadahn diplomatik nümayəndəlikləri casus yuvası adlandıraraq, Birləşmiş Ştatların bu yerlərdən Əfqanıstan və İraqda müharibə planlaşdırdığını deyib.

Videonun həqiqiliyi təsdiqlənməsə də, onun üzərində Əl Qaidənin media loqosu var. Əzzam əl Amriki adı altında da tanınan Gədan ABŞ-da vətənə xəyanət maddəsi ilə mühakimə olunmuşdu.

O son dəfə May ayında video vasitəsilə prezident Buşa ABŞ-ın bütün müsəlman ölkələrinə müdaxiləsinə son qoymağa, yaxud 2001-ci il 11 sentyabr hücumlarından da pis hücumlara hazırlaşması barədə xəbərdarlıq ünvanlamışdı.

XS
SM
MD
LG