Accessibility links

Əl Maliki sünni nazirlərin istefasını qəbul etməyib


İraqın baş naziri Nuri əl Maliki 6 sünni ərəb kabinet üzvünün istefa ərizəsini qəbul etməyib.

Əl Maliki qərarını bu gün İraq prezidenti Cəlal Tələbani və şiə vitse-prezident Adil Əbdül Mehdi ilə görüşdən sonra açıqlayıb. İraqın sünni vitse-prezidenti görüşə qatılmayıb.

Liderlər İraq parlamentində çoxluq təşkil edən sünni blokun – Uzlaşma Cəbhəsinin 6 nazirinin iş yerlərinə qayıdacaqlarına ümidlərini ifadə ediblər.

Cənab Tələbani gələn həftə cənab Maliki, şiə və sünni vitse-prezidentlər, eləcə də kürdlərin lideri Məsud Bərzani ilə görüşərək, siyasi böhranı müzakirə edəcəyini deyib.

XS
SM
MD
LG