Accessibility links

ABŞ prezidentinin əfqanıstanlı həmkarı ilə görüşü başa çatdı


ABŞ prezidenti Corc Buş əfqanıstanlı həmkarı Həmid Karzayla Vaşinqton yaxınlığında yerləşən Kemp Deyviddəki iqamətgahında görüş keçirib. İki günlük ABŞ səfəri çərçivəsində əfqan liderinin vətənində üzləşdiriyi problemlər müazkirə edilib. Buraya Cənubi Koreya ilə griov böhranı, Taliban və Əl-Qaidə yaraqlılarının hücumları, dinc əhali arasında artmaqda olan tələfat, habelə, tiryək ticarəti kimi məsələlər daxil idi.

Bazar günü Amerikaya gəlzəmdən əvvəl CNN şirkətinə müsahibəsi zamanı Həmid Karzay demişdi ki, müzakirələrə terrorizmlə mübarizə, əfqan ordusunun gücləndirilməsi və ölkəsində təhlükəslzliyin vəziyyəti məsələləri salınıb.

riləşmiş Ştatlar prezidenti Corc Buş və Əfqanıstan prezidenti Həmid Karzai Kemp Deyviddə zirvə görüşündən sonra keçirdikləri birgə mətbuat konfransında terrorizmə qarşı mübarizədə əzmkarlıqlarını bir daha vurğulayıblar. Prezident Buş Taliban yaraqlılarına qarşı mübarizədə ABŞ-ın Əfqanıstanda NATO qüvvələrilə birgə işlədiyini deyib. Cənab Buş habelə deyib ki, Birləişmiş Ştatların hərbi qüvvələri mülki əhali arasında tələfata yol verilməməsi üçün əlindən gələni edir. Öz növbəsində Həmid Karzay prezident Buşa Əfqanıstanda uşaq ölümü səviyyəsini azaltmaq üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

XS
SM
MD
LG