Rusiya hərbi hava qüvvələrinin generalı bildirib ki, Rusiyanın strateji qırıcı təyyarələri NATO və ABŞ qüvvələrinin patrul nəzarəti altında olan bölgələrə yalnız Soyuq müharibə dönəmində həyata keçirdikləri uzun mənzilli missiyaları bərpa ediblər.
Bu gün Moskvada danışan general mayor Pavel Androsov Rusiya qırıcısının çərşənbə günü Sakit Okeandakı Quam adasında ABŞ hərbi bazası üzərindən uçduğunu bildirib. O deyib ki, qırıcı təyyarə onu ələ keçirməyə cəhd göstərən ABŞ pilotları tərəfindən qarşılanıb.
Reuters agentliyinin verdiyi xəbərə görə general deyib ki, “biz bir birimizə gülümsədik və evə qayıtdıq.” Birləşmiş Ştatlar rəsmiləri məsələ ilə bağlı şərh verməyib.
Ötən ay Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatların Mərkəzi Avropada raket əleyhinə müdafiə sistemi qurmaq cəhdlərinə cavab olaraq Rusiyanın ordu və kəşfiyyat potensialının artırılması niyyətlərini açıqlamışdı.
Cənab Putin ölkəsinin Avropada Adi Silahlara Nəzarət Müqaviləsində iştirakını da dayandırıb.