Accessibility links

Prezident Buş İrana xəbərdarlıq etdi


Prezident Buş deyib ki, o, Əl-Qaidə terror şəbəkəsinin liderlərinin ədalət məhkəməsi qarşısına çıxarılması üçün Birləşmiş Ştatların Pakistan rəhbərlərilə işləyə biləcəyinə əmindir. ABŞ prezidenti bunu bu gün Ağ evdə mətbuat konfransı zamanı deyib. Prezident Buş bu açıqlamaları prezident Pərviz Müşərrəfin ABŞ-ı Pakistanda yaraqlılara qarşı hücumlar keçirəcəyilə hədələyən bəyanatlarına görə tənqid etməsindən sonra verib. Mətbuat konfransı zamanı prezident Buş həmçinin İrana İraqda şiə yaraqlıları silahlandırdığına görə xəbərdarlıq edib. Cənab Buş deyib ki, onun fikrincə, İraqın baş naziri Nuri əl-Məliki İranın onun ölkəsi və Yaxın Şərqdə qeyri-sabitlik yaratdığını başa düşür.
XS
SM
MD
LG