Accessibility links

Şiə zəvvarlar Bağdada ziyarətə gəlir


On minlərlə şiə zəvvar güclü təhlükəsizlik rejimində olan Bağdada ziyarətə gəlir. Rəsmilər 12 imamdan biri, Museyi Kazımın vəfatı ilə əlaqədar şənbə gününə qədər şəhərdə polis qüvvələrinin artırıldığını və küçələrdə maşınların hərəkətinə qadağa qoyulduğunu bildirirlər. İmam Museyi Kazım Bağdadın Kazimiyyə ərazisində 12 əsr bundan əvvəl fəfat etmişdir.

Birləşmiş Ştatlar hərbiçilərindən alınan xəbərdə isə bildirilir ki, koalisiya qüvvələrinin Dəclə Çayı vadisində keçirdikləri əməliyyat zamanı 3 terrorçü öldürülmüş, 21 nəfər şübhəli isə həbs edilmişdir.

XS
SM
MD
LG