Accessibility links

Əfqanıstan prezidenti Pakistanı terrorizmlə mübarizədə əməkdaşlığa çağırıb


Əfqanıstan prezidenti Həmid Karzay terrorizmə qarşı mübarizədə iki ölkə arasında daha geniş əməkdaşlığa çağırıb. Cənab Karzay Kabildə Əfqanıstan və Pakistandan yüzləri ilə siyasi rəhbər və qəbilə başçılarının iştirak etdiyi üç günlük sülh konfransının açılışında çıxışı zamanı deyib ki, terrorizm, iki ölkə birlikdə iş aparsa, bir neçə gün ərzində məhv edilə bilər. Sülh konfransında əsas diqqət Pakistan-Əfqanıstan sərhəddinin hər iki tərəfində Taliban tərəfdarı yaraqlılara qarşı mübarizəyə yönəlib.

Pakistan prezidenti Pərviz Müşərrəf Ağsaqqallar Şurasının (Cirgə) konfransında müraciətlə çıxış etməli idi. Lakin o, Pakistanda yaranmış daxili vəziyyətə görə öz səfərini təxirə salıb. Konfransda Pakistanı ölkənin baş naziri Şövkət Əziz təmsil edir.

XS
SM
MD
LG