Accessibility links

Demokrat namizədlər homoseksual seçicilərə dəstək verib


Birləşmiş Ştatların Demokrat Partiyasının prezidentliyə namizədləri homoseksualların hüquqlarına həsr olunmuş televiziya forumunda iştirak etməklə cinsi azlıqlardan olan seçicilərə dəstəyini nümayiş etdiriblər.

Prezidentliyə səkkiz iddialıdan altısı cümə axşamı gey yönümlü televiziya kanalı və veb səhifəsində canlı debatda iştirak ediblər.

İctimai rəy sorğularında liderlik edən Nyu York senatoru Hillari Klinton, İlinois senatoru Barak Obama və keçmiş Şimali Karolina senatoru Con Edvards eyni cinsdən olan cütlər üçün tam mənalı izdivac hüququnun verilməsi əvəzinə vətəndaş nigahı – birgə yaşamaq hüququna dəstək nümayiş etdiriblər.

Eynicinslilərin izdivacını yalnız Ohayo nümayəndəsi Denis Kuçiniç və Alyaska senatoru Mayk Qravel dəstəkləyirlər.

Demokratların səkkizi də homoseksualların ordu sıralarında açıq xidmətinin tərəfdarıdır. Respublikaçı namizədlər bu cür debatda iştirak etməkdən boyun qaçırıblar.

XS
SM
MD
LG