Accessibility links

ABŞ-da istehlak edilən elektrik enerjisinin 50 faizi daş kömürdən alınır


Amerikanın Yuta ştatındakı kömür mədənində baş vermiş qəza nəticəsində yer altında qalmış 6 şaxtaçının xilası üzrə işlər davam etdirilir. Şaxtaçıların müqəddəratı barədə heç bir məlumat olmasa da, bu hadisə Amerikanın kömürə olan ehtiyacına diqqətləri cəlb edib. Kömürə olan ehtiyac iki əsas faktorla izah edilir. Onlardan biri qazın qiymətinin artması və diqəri isə siyasətçilərin enerji müstəqılliyi uğrunda səyləridir. Kömür Birləşmiş Ştatların əsas enerji mənbəyidir və ölkədə istifadə edilən bütün elektrik avadanlıqlarını hətəkətə gətirən bir qüvvədir. ABŞ-ın istifadə etdiyi elektrik enerjinin 50 faizi kömürdən alınır. Hər bir amerikalının gündəlik kömür istehlakı 10 kiloqrama yaxındır. Bu gün kömür sənayesində 80 mindən artıq işçi çalışır. Amerikanın ən böyük enerji mənbəyi olan kömür istehsalının dayandırılması Birləşmiş Ştatlardakı elektrik enerjisi qiymətlərinin ən azı 4 dəfə artmasına səbəb ola bilər. Bu isə o deməkdir ki, amerikalılar kömürdən istifadə etmək məcburiyyətindədirlər.

XS
SM
MD
LG