Accessibility links

Prezident Buşun müşaviri istefa verir


ABŞ prezidenti Corc Buşun uzunmüddətli siyasi müşaviri Karl Rov bu ayın axırında istefa verəcəyini bəyan edib. “Wall Street Journal” qəzetinə müsahibəsi zamanı cənab Rov sadəcə olaraq bunun vaxtının gəlib çatdığını deyib. O, istefasını ailəsi naminə verdiyini bildirib. Prezident Buşun 2000 və 2004-cü illərdə siyasi kampaniyasına başçılıq edən Karl Rov Ağ Evin kadrlar heyətinin rəhbəri Coşua Boltenin sentyabrın üçünə-Əmək bayramınadək vəzifədə qalanlar Corc Buşun 2009-cu ildə prezidentlik müddəti başa çatanadək vəzifələrini tərk edə bilməyəcəklərini söyləməsindən sonra bu qərara gəldiyini deyib. Karl Rovun adı qalmaqallarda hallanmışdı. Bunlardan biri onun Mərkəzi Kəşfiyyat Agentliyinin casusunun adını siyasi motivlərə görə ictimaiyyətə açıqlamasıdır. Lakin karl Rov indiyədək mübahisələrin heç birinə görə rəsmən ittiham edilməmişdir.

XS
SM
MD
LG