Accessibility links

Pakistanda 3 yaraqlı öldürülüb


Pakistan ordusunun bildirdiyinə görə, Əfqanıstanla sərhəd bölgələrdəki əməliyyat zamanı 3 yaraqlı öldürülüb. Ordu sözçüsü general-mayor Vahid Ərşadın dediyinə görə, Cənubi Vəziristan vilayətində yaraqlıların iki keçid məntəqəsinə hücumu ilə başlayan atışma iki saat davam edib. Tərəflərin verdiyi tələfat barədə məlumat əldə edilməyib. Pakistanın təhlükəsizlik rəsmiləri Şimali Vəziristanda yaraqlıların atəşi nəticəsində iki əsgərin yaralandığını bildiriblər.

XS
SM
MD
LG