Accessibility links

Şimali Koreya ilə bağlı növbəti addımlar müzakirə edilir


Bu gün Birləşmiş Ştatlar və Şimali Koreayanın nüvə müzakirəçiləri Pekində Şimali Koreyanın nüvə silahları proqramına dair altıtərəfli danışıqlarla bağlı məsələlərin müzakirəsi məqsədi ilə görüş keçirir. ABŞ dövlət katibinin müavini Kristofer Hill və Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Ki Kvan fevral sazişinə əsasən növbəti addımları müzakirə edəcəklər. Xatırladaq ki, sazişə müvafiq olaraq Şimali Koreya nüvə proqramları barədə tam məlumat verməli və nüvə obyektlərinin hamısını tədricən bağlamalıdır. Görüş Çinin Şeyanq şəhərində keçiriləcək altıtərəfli danışıqlardan 2 gün əvvəl keçirilir.

XS
SM
MD
LG