Accessibility links

Cənubi və Şimali Koreya liderlərinin görüşünə hazırlıq gedir


Cənubi Koreya rəsmiləri deyirlər ki, prezident Roh Mu Hyun bu ayın sonunda kommunist lider Kim Conq İllə görüşmək məqsədilə quru yolla Şimali Koreyaya nadir səfər edəcək. Hər iki ölkənin nümayəndələri razılaşıblar ki, cənab Rohnu səfərdə maşın karvanı müşayiət edəcək. Səyahət planı bu gün Şimali Koreyanın sərhəd məntəqəsi Kaesonqda müzakirə olunub. Rəsmilər deyirlər ki, avqustun 28-da başlanacaq 3 günlük danışıqlar üçün Cənubi Koreya Şimalın paytaxtı Pxenyana 200 nəfərlik nümayəndə heyəti göndərəcək. Liderlərin Şimali Koreyanın nüvə proqramını və iqtisadi əməkdaşlığı müzakirə edəcəyi gözlənilir. 1950-ci illərdəki müharibədən bəri Şimali və Cənubi Koreya rəhbərləri arasında ilk sammit 2000-ci ildə keçirilmişdi.

XS
SM
MD
LG