Accessibility links

Pakistanda müstəqillik günü qeyd olunur


Pakistan bu gün Britaniyadan müstəqillik elan etməsinin 60-cı ildönümünü qeyd edir. İslamabada keçirilən bayram şənliklərində izdiham atəşfəşanlığı seyr etmişdir. Öz nitqlərində Prezident General Pərviz Müşərrəf və Baş nazir Şövkət Əziz Pakistanın mühüm müsəlman dövləti kimi meydana gəlməsini alqışlayıblar. Paytaxtda keçirilən bayraq-ucaltma mərasimində cənab Əziz deyib ki, heç bir xarici millətə Pakistanın ərazi suverenliyini pozmağa imkan verilməyəcək. Pakistan Britaniya kolonial idarəçiliyinin 1947-ci ildə sona yetməsi ilə yaranıb. Həmin vaxt müstəmləkə subkontinent müsəlman Pakistanla Hinduların çoxluq təşkil etdiyi Hindistan arasında bölündü. Bölünmə zamanı 10 milyondan çox adam sərhədləri adlamışdır. Təriqətlərarası zorakılqılarda isə yüz minlərlə adam həyatını itirib.
XS
SM
MD
LG