Accessibility links

Şanxay Əməkdaşlıq sammitində ABŞ-ın RƏM planları tənqid olunur


İran prezidenti Mahmud Əhmədinejad Birləşmiş Ştatların Avropada qurmaq istədiyi raket əleyhinə müdafiə sisteminin Asiya ölkələrinin çoxuna təhlükə olduğunu deyib.

Cənab Əhmədinejad bu sözləri bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində danışarkən deyib.

Qrupa Rusiya, Çin və Mərkəzi Asiyadan dörd keçmiş sovet respublikası - Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. İran təşkilatda müşahidəçi statusa malikdir.

Rusiya prezidenti Vladimir Putin qlobal problemlərin birtərəfli həll edilməsi cəhdlərinin ümidsiz olduğunu deyib. O, bütün ölkələr üçün təhlükəsizlik və imkanlar yaradan çoxqütblü beynəlxalq sistemin yaradılmasına ehtiyac olduğunu bildirib.

Mərkəzi Asiya ölkələrinin sammiitində terrorla mübarizə, narkotik qaçaqmalçılıığı, ətraf mühitin qorunması və iqtisadi inkişaf kimi məsələlər müzakirə olunur.

XS
SM
MD
LG