Accessibility links

Rusiya  strateji təyyarələrin uzun mənzilli uçuşlarını bərpa edib


Rusiya 15 illik fasilədən sonra uzun məsafəli strateji təyyarələrin uçuşlarını bərpa edib. Prezident Vladimir Putin bu gün bildirib ki, o, uzun mənzilli patrul təyyarələrə uçuşlara başlamaq əmrini bu gün verib və bu uçuşlar müvəqqəti olmayacaq.

Uzun mənzilli təyyarələr Atlantik, Sakit və Şimal Buzlu Okeanı üzərində uçuşlar həyata keçirir. Bu gün səhər Rusiyanın yeddi hərbi hava meydanından 14 uzun mənzilli təyyarə havaya uçub.

Rusiya hərbçiləri və mediası bildirir ki, təyyarələrin bəzilərini NATO uçaqları müşayiət edir. Lakin NATO bu xəbəri təsdiqləməyib. Sovet İttifaqı tərkində nüvə raketləri olan strateji təyyarələrin uçuşlarını həyata keçirirdi. Bu təcrübəyə Sovet İttifaqının dağılmasından sonra son qoyulmuşdu.

Bu gün uçuşların bərpasının səbəbləri haqqında danışan prezident Putin deyib ki, bu qərara başqa ölkələrin eyni xarakterli uçuşları dayandırmayaraq, Rusiya üçün təhlükə yaratması səbəb olub.

XS
SM
MD
LG