Accessibility links

Peruda zəlzələdən sonra xaos


Peru prezidenti Alan Qarsia bildirib ki, ölkənin zəlzələ nəticəsində dağılmış regionlarında vəziyyət təqribən 10 gündən sonra normallaşmağa başlayacaq.

Bu arada Pisko və İka kimi şəhərlərin sakinləri azı 510 nəfərin ölümünə səbəb olmuş 8 bal gücündə zəlzələnin dağıntılarını aradan qaldırmağa çalışır. Zəlzələdə 1500 adam yaralanıb, minlərlə adam evsiz qalıb, əhalinin qidaya və tibbi yardıma ehtiyacı var.

Zəlzələ rayonlarında kütlələr aptek, dükan və təcili yardım avadanlığı daşıyan yük maşınlarını qarət edir.

Prezident Qarsia cümə günü əhalini sakitliyə çağırıb. O, əhalinin vəziyyətini anladığını deyib və heç kimin aclıqdan yaxud susuzluqdan ölməyəcəyini vəd edib.

Xilasetmə dəstələri binaların dağıntıları altından qurbanları axtarır. Ailələri və dostları tərəfindən tanınması üçün cəsədlər sıra ilə yerə düzülüb.

XS
SM
MD
LG