Accessibility links

Təyyarə qaçıranlar Türk polisinə təslim olub


Türkiyə rəsmiləri Şimali Kiprdən İstanbula üçan təyyarəni qaçırmağa cəhd edən iki nəfərin türk polisinə təslim olduğunu təsdiq ediblər. Bu gün səhər tyyarəni ələ keçirən adamlar pilotdan İrana ya da Suriyaya uçmağı tələb etmişlər.

Pilot təyyarə qaçıranlara İran yaxud Suriyaya uçmaq üçün təyyarədə lazımı qədər yanacaq olmadğını bildirərək, yanacaq doldurmaq üçün Türkiyənin Aralıq dənizi sahilindəki Antalya hava limanında enib. Təyyarənin tərkibində olan 136 sərnişinin çoxu qaçıb ya da azad edilib. Türkiyənin yüksək vəzifəli rəsmisi bildirib ki, təyyarə qaçıranlardan biri türk vətəndaşıdır, digərinin isə Suriya pasportu var. Türk Kipri və Atlas hava yolları şirkətinin rəsmiləri bildirilər ki, təyyarə qaçırdanları Türkiyə polisi həbs edib. Deyilənlərə görə təyyarə qaçıranların motivi Birləşmiş Ştatlara etirazlarını bildirmək və bunu Türk və Kipr rəsmilərinə çatdırmaq olub.

XS
SM
MD
LG