Accessibility links

Qazaxistanda parlament seçkilərinin beynəlxalq standartlara uyğun gəlmədiyi bildirilir


Qazaxistanda keçirilmiş parlament seşkilərini müşahidə etmiş beynəlxalq nümayandələr bildirmişlər ki, bu seçkilər beynəlxalq standartlara uyğun keçirilməmişdir. Buna səbəb, səslərin sayılması zamanı şəffaflığın olmaması və parlament binasına qediş–qəlişə nəzarət edilməsidir.

Lakin bu qün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nümayəndələri demişlər ki, keçirilmiş seçkiləri irəliyə atılmış addım kimi qəbul etmək olar. Xatırladaq ki, sabiq Sovet respublikası Qazaxistanda indiyə qədər keçirilmiş seçkilərin heç birisi beynəlxalq təşkilatlar tərəfindən azad və ədalətli kimi tanınmamışdır.

Seçki komissiyasının nümayəndələri bildiriblər ki, prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi partiya səslərin 88 faizini toplayaraq qələbə qazanmışlar. Müxalifət partiyalarının heç birisi parlamentdə yer əldə edə bilməyib. Seçkilərdə 65 faiz seçici iştirak etmişdir. Prezident Nazarbayev minlərlə partiya üzvlərinə müraciyət edərək onları seçkilərdəki qələbəyə görə təbrik etmişdir.

XS
SM
MD
LG