Accessibility links

İraqın baş naziri Nuri Əl-Maliki Suriyadadır


İraqın baş naziri Nuri Əl-Malikinin Suriyaya 3 günlük səfəri başlayıb. Səfərin məqsədi İraqda təhlükəsizliyin müzakirəsi və Suriya ilə qarşılıqlı əlaqələrin genişləndirilməsidir. Baş nazir kimi bu ölkəyə ilk səfərini edən Nuri Əl-Maliki sərhədlərin möhkəmləndirilməsi məsələsini də müzakirə mövzusu edir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və İraq dəfələrlə Suriyanı xarici döyüşçülər və silahların sərhədlərdən İraqa keçirilməsinə mane olmamaqda günahlandırıb. Bu ittihamları rədd edən Suriya isə səhra sərhədlərinin mühafizəsinin asan olmadığını deyir. Xatırladaq ki, Suriyada 2 milyona yaxın iraqlı qaçqın sığınacaq tapıb. Dəməşq qaçqınların sayının artdığından şikayətlənərək, ABŞ-ı İraqda işğalçı qüvvə adlandırıb. İraqın baş naziri Nuri Əl-Maliki prezident Bəşər Əl-Əssəd daxil edilməklə, daxili, neft və qaz, habelə su ehtiyatları nazirləri ilə görüşlər keçirir.

XS
SM
MD
LG