Accessibility links

Bağdadın Sədr qəsəbəsində etiraz aksiyası keçirilib


Bağdadın Sədr qəsəbəsində minlərlə iraqlının təşkil etdiyi aksiya ABŞ və İraq qüvvələrinin reydlərinə qarşı etirazları bir daha nümayiş etdirib. Əllərində İraq bayraqları tutan aksiya iştirakçıları ABŞ-ın “işğalçı” adlandırdıqları qüvvələrinin reydlərini terrorizm, humanizmdən uzaq və mənəviyyatsızlıq kimi qiymətləndiriblər. Nümayişçilər Amerika bayraqlarını yandırıb, “Amerikya yox, şeytana yox” şüarları səsləndiriblər. ABŞ və İraq qüvvələri artıq 6 aya yaxındır təhlükəsizliyin təminat altına alınması məqsədi ilə Bağdadın Sədr qəsəbəsində vaxtaşırı reydlər keçirir.

XS
SM
MD
LG