Accessibility links

Kanada sammiti başa çatır


ABŞ prezidenti Corc Buş, Kanada və Meksika liderlərinin ikigünlük Kanada sammiti başa çatır. “Təhlükəsizlik və rifah partnyorluğu” adlanan danışqılarda Kanadanın baş naziri Stefen Harper və Meksika prezidenti Filip Kalderon iştirak edir. Sammitin diqqət mərkəzində iqtisadiyyat, təhlükəsizlik və səhiyyə məsələlərinin müzakirəsi yer alır. Tərəflər Şimali Amerikada azad ticarət razılığının şərtlərinə əsasən malların daşınması və sərhəd xidmətlərinin yaxşılaşdırılması yollarını araşdırırlar. ABŞ-ın ən böyük ticarət tərəfdaşı Kanada və ondan sonra Meksikadır. Ticarətin mərkəzində isə neft ixracı yer alır. Kanadanın baş naziri Stefen Harper və Meksika prezidenti Filip Kalderon və prezident Buş yarımkürənin təhlükəsizliyi və rifah halının yaxşılaşdırılmasına xidmət edən və təməli 2005-ci ildə qoyulan bu təşəbbüslə bağlı öhdəliklərinə sadiq qaldıqlarını nümayiş etdirməyə çalışır. Qeyd edək ki, 3 ölkə liderinin sammiti Qvebekdə yerləşən Montebello kurort şəhərində güclü təhlükəsizlik tədbirləri altında keçirlir. Müzakirələr etiraz aksiyaları ilə müşayiət edilib. İki minə yaxın adam danışıqların keçirildiyi yerə toplaşaraq, 3 ölkə liderini qeyri-şəffaflıq və adi insan hüquqlarının müdafiə edilmədiyində günhalandırıb. Meksika prezidenti Filip Kalderon Din qasırğası səbəbi ilə bu gün saamtin vaxtından əvvəl başa çatdırılacağı və vətəninə qayıdacağına ümid etdiyini deyib.

XS
SM
MD
LG