Accessibility links

Səddam Hüseynin sabiq yardımçılarının məhkəməsi davam edir


Iraqın Ali Tribunalı 1991-ci ildə İraq diktatoru Səddam Hüseynin şiələrə divan tutmaqda ittiham olunan 15 sabiq yardımçısı üzərində məhkəməyə başlayıb. Bu, devrilmiş Səddam hökumətinin ali rəsmiləri üzərində üçüncü məhkəmədir. Məhkəmə 1991-ci ildə Körfəz Müharibəsinin ardınca minlərlə şiənin qətlə yetirilməsini nəzərdən keçirəcək.

Müttəhimlər arasında Kimyagər Əli ləğəbi ilə tanınan Səddamın əmisi oğlu Əli Həsən Məcid də var. O, artıq kürdlərə qarşı törətdiyi cinayətlərə görə edam cəzasına məhkum edilib. İki başqa müttəhim də kürdlərə qarşı kampaniyada oynadıqları rola görə ölüm cəzasına məhkum ediliblər.

Səddam Hüseyn 1982-ci ildə şiələrin məskunlaşdığı Düceyl kəndində törətdiyi kütləvi qırğına görə edam olunub.

XS
SM
MD
LG