Accessibility links

Rusiya təyyarələrin təhlükə törətmədiyini deyir


Rusiya hava qüvvələri rəsmiləri deyirlər ki, strateji bombardmançı təyyarələrin üçüşları bərpa etməsi xarici dövlətlərə təhlükə törətmir. Onlar əlavə ediblər Rusiya hökuməti əvvəlcədən uçuşlar haqda başqa ölkə rəsmilərinə məlumat verir. Rusiya hərbçilərinin açıqlaması ötən həftə Britaniya təyyarələrinin ölkənin hava hüdudlarına yaxın məkandakı Rus təyyarələrini izləməsindən sonraya təsadüf edir. Həmin insident zamanı Rus bombardmançısı Britaniya hava ərazisinə daxil olmadan geri dönüb. Rusiya hərbçiləri uçuşlarda aqressiv məramın olmadığını deyirlər.
XS
SM
MD
LG