Accessibility links

Sərnişin təyyarəsini qaçıranlara qarşı rəsmi ittiham irəli sürülüb


Türkiyənin dövlət mətbuatında yayılan xəbərlərə görə, keçən həftə Kipr - İstanbul sərnişin təyyarəsinin qaçırılmasında günahlandırılan iki şəxsə qarşı rəsmi ittiham irəli sürülüb. Atadolu Xəbər Agentliyi həmin şəxslərdən birinin misirli, digərinin isə türk olduğunu bildirib. Təyyarə Antaliya şəhərində yanacaq doldurulması məqsədi ilə yerə endirildikdən sonra pilotlar və sərnişinlərin əksəriyyəti qaçmağa nail olmuşdu. Həmin vaxt girovdarlar qadın və uşaqları ön çıxışdan azad edirmiş. Təyyarə polis tərəfindən mühasirəyə, cinayətkarlar nəzarət altına alınmışdır.
XS
SM
MD
LG