Accessibility links

Şimali Koreyada daşqınlar çoxsaylı insanın ölümünə yol açıb


Şimali Koreya bu gün daşqınlar səbəbi ilə 600 adamın həlak olduğu və ya itkin düşdüyünü elan edib. Bu rəqəm xilasetmə agentliklərinin təxminlərindən iki dəfə artıqdır. Koreyanın mərkəzi xəbər agentliyi Şimali Koreyanın statistika bürosuna istinadən 100 min insanın evsiz qaldığını bildirib. BMT ərzaq, tibbi ləvazımat, təmiz su və digər lazimi avadanlıqlarla Şimali Koreyaya yardım göstərilməsinə çağırır. Seul artıq 40 milyon dollarlıq yardım paketinin bir hissəsini Pxenyana çatdırıb.

XS
SM
MD
LG