Accessibility links

Türkiyə hərbçisi İslamçılara xəbərdarlıq edir


Türkiyənin qatı dünyəvi hərbisi ölkənin dünyəvi sistemini sıradan çıxaranlara sərt xəbərdarlıq verib. General Yaşar Büyükanıt bu gün bəyanatda bildirib ki, hərbçilər Türkiyənin dünyəvi və demokratik strukturunu qoruyacaq. O, bu açıqlamanı Xarici İşlər Naziri Abdulla Gülün prezident seçiləcəyi parlament səsverməsi ərəfəsində verib. Gül İslam köklü Ədalət və İnkişaf partiyasının namizədidir. Türkiyə dünyəviçiləri ehtiyat edirlər ki, dindar müsəlman olan Gül ölkənin dünyəvi prinsiplərinə zərbə vuracaq, lakin nazir sistemi qoruyacağını vəd edir.
XS
SM
MD
LG