Accessibility links

Yaponiyada yeni hökumət təşkil edilir


Yaponiyanın baş naziri Şinzo Abe son parlament seçkilərindəki məğlubiyyətdən sonra hökumət kabinetində və hakim Liberal Demokrat Partiyasının rəhbərliyində dəyişikliklər həyata keçirib. Skandalla üzləşən hökumətinə ictimai dəstəyi bərpa etməkdən ötrü cənab Abe bu gün veteran büroktratları və mühafizəkar siyasətçiləri yüksək kabinet postlarına təyin edib. Yeni xarici işlər naziri Çinlə diplomatik böhran yaranan zaman nazir olmuş Nobutaka Maçimura olacaq. Masahiko Komura müdafiə naziri təyin edilib. Komura Soyuq Müharibə zamanı Yapon vətəndaşlarını oğurlamış Şimali Koreyaya qarşı sərt mövqeyinə görə tanınır. Sabiq müdafiə naziri Fukuşiro Nukaqa maliyyə naziri olacaq.

XS
SM
MD
LG