Accessibility links

Bülənt Əlirza: Gülün prezident seçilməsi Türkiyədə yetkin siyasi ənənənin göstəricisidir


İslam köklərinə malik Ədalət və inkişaf Partiyasının prezident namizədinin Türkiyə siyasətindəki zəfəri bir çox ekspertlər tərəfindən Mustafa Kamal Atatürkün binövrəsini qoyduqğu dünyəvi Türk Cümhuriyyəti üçün yeni eranın əsasının qoyulması kimi dəyərləndirilir.

Vaşinqtonda yerləşən Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülent Əlirza Amerikanın Səsinə verdiyi müsahibədə deyib ki, Türkiyədə 56 yaşlı Gülün prezident seçilməsi yetkin Türkiyə siyasi ənənəsinin göstəricisidir və bundan həyəcanlanmağa dəyməz. O baxımdan, təhlilçi ABŞ Dövlət Departamenti və Kondoliza Raysın Türkiyə seçkiləri ilə bağlı açıqladığı bəyanatı müsbət qiymətləndirib Bir sıra ekspertlər AKP nümayəndəsi Abdulla Gülün Atatürk irsinə varis olmasını müsəlman demokratiyası fenomeninin nümunəsi kimi dəyərləndirir.

Bu günlərdə Vaşinqton Post qəzetində məqalə ilə çıxış edən Cəkson Diehl Türkiyədə paradoksal vəziyyət yarandığını -- İslamçı siyasətçilərin əslində demokratiya tərəfində dayandığını onların rəqiblərinin isə demokratik prosesəsə kifayət qədərə hörmət etmədiyini yazıb. Dielin dediyinə görə ictimai konvensiyaya görə İslamçılar hakimiyyətə gəlmək üçün əvvəl demokratiyadan istifadə edir, sonradan isə öz totalitar ideologiyalarını cəmiyyətə yeridərək seçkilərə son qoyurlar. Lakin son 5 ay cərəyan edən böhran ərzində İslamçılar nəinki demokratiyanın tərəfində durmuş, onlar həmçinin kompromis və mötədillik nümayiş etdirmişlər.

Şərhçi yazıb ki, Türkiyənin siyasi sabitliyini təhlükə altına alanlar isə məhz dünyəvi siyasətçilər və onların işlətdikləri metodlar olub: “Baş nazir Ərdoğan erkən seçkiləri çağırmaqla və bu səsvermədə böyük səslə qalib gəlməklə dünyəviçilərin planlarını pozdu.” Cəkson Dielin yazdığına görə əslinə qalanda Ərdoğan hökuməti müasir Türkiyədə ən liberal və modernləşdirən rejim olub. Gülün rəhbərliyi altındaTürkiyə Avropa Birliyinə üzvlük və insan hüquqları məsələsində ciddi irəliliyişlər əldə edib. Türkiyədə iqtisadi artım ildə 7 faizə yüksəlib.

Vaşinqton Postun yazarı məqaləsinin sonunda Türkiyə İslamçılarından üz döndərməməyə, əksinə onların Qərb və kapitalist yönümlü ideyalarına rəğbətlə yanaşmağa çağırır.

Cəkson Dielin məqaləsinə şərh verən Bülent Əlirza müsəlman demokratiyası anlayışının səhv olduğunu bildirmiş və Türkiyədəki siyasi prosesləri İslam-demokratiyası müstəvisində dəyərləndirməyin əleyehinə çıxmışdır. O demişdir ki, Türk demokratiyasını müsəlman demokratiyası adlandırmaq amerikan demokratiyasını xristian demokratiyasi adlandırmaq qədər səhv olardı.

XS
SM
MD
LG