Kaliforniyanın Los Anceles şəhərinin İran əsilli sakini İranın hökumət qruplarına satmaq üçün minlərlə yarıavtomatik silah almaqda günahlı bilinib.
Bu həftənin əvvəlində Seyid Mustafa Məğlubi ABŞ qanunlarını pozaraq İrana göndərmək üçün 100 min UZİ yarıavtomatik silahı və gecəgörmə qurğuları aldığını etiraf edib. Məğlubinin silah almaq üçün yaxınlaşdığı adam hökumətə xəbər verib. Hökumət nümayəndələri xüsusi əməliyyat keçirərəkş, silah satıcısı qiyafəsində polis müstəntiqinin Məqlubi ilə görüşünü təşkil ediblər.
Etirafnamədə Məğlubinin hərbi avadanlığı İran hökumətinin içində prezident Əhmədinejada müxalif qüvvələrə çatdırmaq istədiyi qeyd olunur. Məğlubinin hökmü Noyabr ayında oxunacaq.