Accessibility links

Pakistanın sabiq baş naziri hakimiyyət bölgüsünə çalışır


Pakistanın sabiq baş naziri Benəzir Bhutto bu gün siyası partiyasının rəsmiləri ilə görüş keçirərək, Pakistan prezidenti Pərviz Müşərrəflə hakimiyyət bölgüsü barədə danışıqlar aparır. Xanım Bhuttonun Pakistan Xalqı Partiyasından olan sözçüsü Fərhadulla Babər Assoşieyted Presə deyib ki, xanım Bhutto Pakistan hökumətinin onun demokratiyaya keçid barədəki təklifi ilə razı olduğuna əmin olmaq istəyir. Bu həftənin əvvəli isə xanım Bhutto general Pərviz Müşərrəfin baş komandan vəzifəsində istefa verməyə razı olduğunu bildirmişdi.

Pakistanın mühacirətdə yaşayan digər sabiq baş naziri Nəvaz Şərif bildirib ki, o, prezident Pərviz Müşərrəfin yenidən prezident seçilməsinə çətinliklər törətmək üçün sentyabr ayında vətənə qayıdacaq.

XS
SM
MD
LG