Accessibility links

ABŞ-da iki Misirli tələbə həbs olunub


ABŞ rəsmiləri Cənubi Karolinadakı donanma bazası yaxınlığında saxlanılan və maşınlarının işçərisində boru bombaları aşkar edilən 2 Misirli tələbəyə qarşı federal ittihamlar irəli sürüb. Florida universitetində təhsil alan bu iki şəxs 4 həftə bundan öncə həbs ediliblər. Onlar polisə deyiblər ki, maşındakı əşyalar atəşfəşanlıq materialları olub. Tampa şəhərindəki federal qrand jüri Əhməd Əbdüllətif Şerif Məhəmməd və Yusif Samir Meqahedi icazəsiz partlayıcı maddə daşımaqda ittiham edir. Bundan əlavə Məhəmməd cinayət məqsədləri üçün partlayıcı maddə yaratmaq və istifadə etmək haqda təlimatları yaymaqda günahlandırılır. Hüquq mühafizə orqanları Məhəmmədi və Meqahedi Avqustun 4-də Hərbi Donanma bazasından 10 kilometr aralıda saxlayıblar. Həmin bu bazada terror şübhəliləri üçün həbsxana yerləşir.

XS
SM
MD
LG