Accessibility links

Yaponiya hökuməti skandalla üzləşir


Yaponiyanın yeni ferma naziri fermerlərə yardım assosiasiyasında baş verən qanun pozuntularından agah olduğuna görə üzr istəmiş, lakin baş nazir Şinzo Abenin kabinetindən istefa verməyəcəyini bildirmişdir. Bu gün Tokyoda müxbirlərlə danışan Ferma Naziri Takehiko Endo etiraf edib ki, o qarşılıqlı yardım assosiasiyasının dövlətdən 10 min dollar həcmdə qeyri-qanuni yardım aldığını 3 il bundan öncə bilib. Qrup hələ də pulu qaytarmayıb. Son parlament seçkilərindəki məğlubiyyətdən bəri Cənab Abenin koalisiyası ferma nazirləri ilə bağlı ciddi problemlə üzləşib. Endonun sələfi seçkilərdən dərhal sonra istefa vermişdi. Ondan əvvəlki ferma naziri isə May ayında maliyyə skandalı ilə əlaqədar sorğu-suala tutulduqdan sonra intihar etmişdi.
XS
SM
MD
LG