Accessibility links

Avropa Birliyi Yunanıstana yardım göstərəcək


Avropa Komissiyasının prezidenti Hoze Manuel Barrozo deyib ki, Avropa Yunanıstanın cənub regionlarının bərpasına yardım edəcək. Burada baş vermiş meşə yanğınları nəticəsində ən azı 64 nəfər həlak olmuş və kənd təsərrüfatı torpağları yararsız hala düşmüşdür. Bu bəyanatı cənab Barrozo bu gün, Yunanıstanın baş naziri Kostas Karamanlis ilə birlikdə regiona vertolyot səfərindən sonra vermişdir. Avropa Komissiyasının rəhbəri deyib ki, Yunanıstanın problemi Avropanın problemidir. Lakin o, göstəriləcək yardımım miqdarı açıqlamamışdır.

XS
SM
MD
LG