Accessibility links

Politoloq Endryu Apostolu ilə İranda Azərbaycanlıların hərəkatı barədə müsahibə


Amerikanın Səsi: İran-Azərbaycan münasibətlərində İslam Respublikasında yaşayan Azərbaycanlılar hansı rolu oynayır? Ümumiyyətlə bu element bir faktordurmu?

Endryu Apostolu: Bu çox mühüm faktordur. Rəsmi Tehran Azərbaycan icmasından çox narahatdır – və mən burada bilərəkdən azlıq yox, icma sözünü işlədirəm. Çünki İran çoxmillətli dövlətdir. Və Azərilər İranın əhəmiyyətli kəsimini təşkil edir. Mədəni, dini və siyasi baxımdan Azərbaycanılar İran tarixində böyük rol oynayıblar ki, eyni ifadəni İranda yaşayan Kürdlər və ya Ərəblər haqda demək mümkün deyil. İran hökuməti Azərbaycanlılardan çox ehiyat edir. Əgər Azərbaycan İrandan qopsa bu İslam Respublikasının sonu demək olardı. Ola bilər başqa azlıqların İrandan ayrılması bu effekti verməzdi. Lakin İran cəmiyyətinə bu dərəcədə inteqrasiya etmiş toplumun ayrılması tamam başqa şeydir. Bundan əlavə İslam hökuməti şimalda cərəyan edən olaylardan çox narahatdır. Iranın bu qədər nefti var, amma benzin talonla verildiyindən orda çatışmazlıq yaranıb. Və bu dövlət hazırda nüvə proqramı ilə özünü dünyadan təcrid etməkdədir. O, biri tərəfdən Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf edir. Təbii ki, belə olan halda Təbrizdə oturan Azərbaycanlı özünə sual verir: Axı niyə mən bu seçmədiyim adamlar tərəfindən idarə olunmalıyam. Niyə görə mən bütün bunlara dözməliyəm?

Maraqlısı budur ki, İran Azərbaycanlıları rəsmi Bakı üçün faktor deyil. Bakıdakılar iqtisadiyyatıl inkişaf etdirmək və Qarabağ problemini həll etmək istəyrilər. Onlar millətçi ekspansionist deyillər. Lakin onsuz da paranoyada olan İranlılar üçün bu çox mühüm məsələdir.

Amerikanın Səsi: Iran hökumətinin Azərbaycanlılarla rəftarı haqda düşüncələriniz nədir?

Endryu Apostolu: Sözün açığı bu haqda mən o qədər çox məlumata malik deyiləm. Lakinin bunun özü oradakı vəziyyətin pisliyindən xəbər verir. Məlumdur ki, qeyri-farslara qarşı repressiya kampaniyası gedir. Qeyri-fars mədəniyyətlərinin inkişafına imkan verilmir. Və qeyri-farslara qarşı açıq şəkildə şovinist və ayrı-seçkili siyasət yürüdülür. Bir çox Azərilər var ki, özlərini İranlı hesab edirlır. Və onlar Bakıdakılardan qat-qat dindardırlar. Lakin adamlar da var ki, özlərini Azərbaycanlı kimi görür və onlarala rəftarla razılaşmırlar.

Amerikanın Səsi: Vaşinqtonun bu məsələdə rəsmi mövqeyini necə səciyyələndirərdiniz?

Endryu Apostolu: Vaşinqton nə baş verdiyindən agahdır. Lakin etnik məsələyə toxunmaqdan narahatdır. Zənnimcə bu o qədər də müdrik mövqe deyil. Lakin hökuməti mən idarə etmirəm. Vaşinqton rəsmiləri İraqda baş verənlərə rəğmən İranda bu fenomenin təkrarlanmasını görmək, və odla oynamaq istəmirlər. Lakin düşünürəm ki, atom bombası ilə başqa bir ölkəni yer üzündən silmək istəyən lunatikə dövləti idarə etməyə icazə vermək daha çox trəlükəılidir. Və əgər bunun qiyməti Azərbaycanlıların öz mədəni hüquqlarına sahib çıxmasıdırsa onda ən azından bunu ödəməyə dəyər. Vaşinqtondankılar bu məsələdn nə qədər narahat olsaslar da rəsmi Bakı daha çox narahtlıq nümayiş etdirir. Bu yaxınlardan rəsmi Bakının tanınmış siyasi mühaciri ölkədən çıxarması məyusluq doğurur. İstər Bakı istərsə də Ankarada adını çəkmək istəmədəyim siyasi mühacirə münasibət göstərdi ki, Azərbaycan və Türkiyə İranı müdafiə edirlər. Amma İranı razı salmaq üçün bu qədər uzağa getmək o qədər də müdrik siyasət deyil. Bu, həmçinin Qərbə bir siqnaldır ki, əgər sabah Qərb İranla məşğul olmaq qərarına gəlsə onda o, bu məsələdə Türkiyə və Azərbaycana arxalana bilməz.

XS
SM
MD
LG