Accessibility links

Təhlükəsizlik qüvvələri qaçqın düşərgəsində nəzarəti əlinə alıb


Livan ordusunun bildirdiyinə görə, bu gün Fələstin qaçqın düşərgəsi Nəhr Əl-Bared yaxınlığında hərbiçilərlə İslamçı yaraqlılar arasındakı döyüşlər nəticəsində azı 28 yaraqlı və iki əsgər ölüb. Rəsmilərin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri düşərgədə nəzarəti tam əlinə alıb.

Rəsmilər xəbər verirlər ki, döyüşlər düşərgədəki Fətah Əl-İslam yaraqlıları oradan qaçmaq istəyərkən baş vermişdir. Təhlükəsizlik qüvvələri 15 yaraqlının ələ keçirildiyini bildirir. Ordu yaraqlılar şərtsiz təslim olmayana qədər hücumları davam etdirəcəyinə söz verib. Qeyd edək ki, döyüşlər zamanı 150-yə yaxın əsgər, 120-dən çox yaraqlı və mülki vətəndaş ölüb.

XS
SM
MD
LG